Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin rəhbərliyi şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək



Newscenter.az.21.06.2019. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 25-də Şəki şəhər Heydər Əliyev Mərkəzində yerli sakinləri qəbul edəcək.

Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, həmin tarixdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Qəbələ Rayon Heydər Əliyev Mərkəzində, sədr müavini Gündüz İsmayılov isə Oğuz Olimpiya İdman Kompleksində rayon sakinləri ilə görüşəcək. Qəbullar saat 11:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Xəbəri paylaş