Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar özlərini təsdiq etmiş peşakar kadrlardir



Newscenter.az.21.06.2019. “Prezident İlham Əliyevin sosial sahədə atdığı mühüm və müsbət addımlardan sonra daxili işlər və milli təhlükəzlik sahələrində kadr əvəzləmələri həyata keçirməsi kompleks tədbirlərin tərkib hissəsi hesab oluna bilər”.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhci Əlabbas Məhərrəmov səsləndirib. O, qeyd edib ki, dövlət başçısının 20 iyun tarixli sərəncamları həqiqətən də yüksək qiymətləndirilməlidir:

“Bütün hallarda aydın görünür ki, Prezidentin bu qərarları ölkədə sabitliyin və təhlükəsizliyin davamlı şəkildə təmn olunmasına hesablanıb. Mütləq nəzərə alınmalıdır ki, Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar özlərini təsdiq etmiş peşakar kadrlardir. Bu çərçivədə öz sanbalı ilə seçilən nüfuzlu generali, peşəkar təhlükəsizlik zabiti Əli Nağıyevin DTX-ya rəis gətirilməsi olduqca əhəmiyyətli hadisədir. Şübhə yoxdur ki, Əli Nağıyev keçmiş nazir Eldar Mahmudovun zərərsizləşdirilməsindən sonra xüsusi xidmət orqanlarında müsbət istiqamətdə aparılan işləri uğurla davam etdirəcək”.
Xəbəri paylaş