Newscenter.az.21.06.2019. “Cənab prezident İlham Əliyevin sərəncamı ilə hökumətin mühüm postlarında kadr dəyişiklikləri edildi. Bu sərəncamlar uğurlu və yüksək səviyyədə aparılan kadr dəyişikliklərində ciddi əhəmiyyətə malikdir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri İctimai-Siyasi Prosesslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli səsləndirib. O, qeyd edib ki, yaxın zamanlarda bu dəyişikliklərin müsbət rezonansının şahidi olacağıq:
“Kadr seçimində əlbəttə ki, dövlət başçısının siyasi xəttinə, milli marağlara sədaqət vacib amildir. Amma eyni zamanda işində peşəkarlıq, təcrübə və s. bir o qədər əsasdır. Cəmiyyətimiz bütün sahələrdə yeniliklərin arzusundadır. Xalqın sosial rifah halının yaxşılaşdırılması və ölkənin iqtisadi inkişafının sürətləndirilməsi cənab prezidentin fəaliyyətinin əsas istiqamətləridir. Bununla yanaşı dövlət başçısı ölkənin müdafiəsi, təhlükəsizliyi, süverenliyimizin və ərazi bütövlüyünün qorunması istiqamətində də təxirəsalınmaz tədbirləri də həyata keçirməkdədir.
Yeni təyin edilmiş daxili işlər naziri cənab Vilayət Eyvazovu və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevi təbrik edirəm. İnanıram ki, cənab Prezidentin inamını doğruldaraq, dövlətdə olan bu şərəfli vəzifəni ən yüksək səviyyədə icra edəcəklər.
Ölkəmiz və millətimiz naminə xeyirli olsun”.