Newscenter.az.5.07.2019. 2019-cu ilin 6 ayı ərzində Energetika Nazirliyi tərəfindənelektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılması, alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanmasıməqsədlə Norveçin DNV GL Energy Advisory GmbH şirkəti ilə birlikdə qanunvericilik aktlarının hazırlanmasına başlanılıb.Şirkət tərəfindən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun, enerjinin satınalınması və bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə qoşulması ilə bağlı müqavilələrin layihələrinin ilkin variantları nazirliyə təqdim edilib. Hazırda layihələrin təkmilləşdirlməsi ilə bağlı işlər görülür.
Bununla yanaşı, şirkətlə imzalanmış müqaviləyə uyğun olaraq“Bərpa Olunan Enerji Növləri üzrə Çərçivə Planı”, Azərbaycanüçün “Ümumi Konsepsiya”, qanunvericilik aktlarına dair ölkədə mövcud vəziyyət və beynəlxalq təcrübə barədə hesabatlar hazırlanaraq Energetika Nazirliyinə təqdim edilib.
Newscenter.az-a Energetika Nazirliyindən daxil olan məlumata görə, hesabat dövründə bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsi mexanizmini müəyyən edən qanunvericilik aktlarının, külək və günəş enerjisi layihələrinin texniki iqtisadi əsaslandırmalarının, hərracların dizaynının hazırlanması ilə bağlı dəstəyin əldə edilməsi üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparılıb və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)tərəfindən bu tədbirlərin icrasının maliyyələşdirilməsinə razılıq verilib. Bu məqsədlə tender keçirilərək məsləhətçi şirkət seçilib.
Cari ilin 6 ayı ərzində bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik sahələrin seçilməsi və prioritetləşdirilməsi, gələcəkdə hərrac vasitəsilə investisiya qoyuluşuna hazırlanması istiqamətində tədbirlər davam etdirilib. Torpaqların mülkiyyətinin və təyinatının öyrənilməsi, bərpa olunan enerji mənbələri layihələrinin ətraf mühitə təsirin qiymətləndirilməsi,sahələr üzrə infrastrukturun mövcudluğunun öyrənilməsi və formalaşdırılması,eyni zamanda sahələrin potensialının ölçülməsi və məlumatların toplanılması üçün ölçü müşahidə qurğularının quraşdırılması ilə bağlı müvafiq qurumlarlamüzakirələr aparılıb.
Bərpa olunan enerji sahəsinə investisiya qoyuluşunun təşviq edilməsi üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq əlaqələri gücləndirilib. Əməkdaşlıq barədə anlaşma memorandumu və bu tipli sənədlər imzalanmış şirkətlərin sayı 8-ə çatıb (BP, Masdar, Avelar Solar, Tekfen, Total, Equinor, Akwa Power, Mitsui Co).
Hesabat dövründə Asiya İnkişaf Bankı (AİB) tərəfindən Energetika Nazirliyinə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilib.AİB tərəfindən layihənin “Üzən günəş enerjisi texnologiyalarının inkişafı” adlı ilkin hesabatı təqdim olunub.Pilot layihəsinin icrası istiqamətində seçilmiş beynəlxalq məsləhətçi şirkət EQO-NIXUS şirkəti ilə görüşlər keçirilib və müzakirələr aparılıb.
Layihənin icrasına başlanılması üçün nazirlik tərəfindən torpaq sahəsinin ayrılması, suyun səthindən istifadəyə icazə verilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş icazə və rəylərin verilməsi məsələsinə baxılması məqsədi ilə Nazirlər Kabinetinə müraciət edilib. Hazırda aidiyyəti qurumlarla icazələrin verilməsi ilə bağlı müzakirələr aparılır. Bu məqsədləişçi qrupunun iclası da keçirilib və pilot layihənin icrasının təmin edilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib.
Energetika Nazirliyi ilə BP şirkəti arasında Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı nazirliyin həyata keçirdiyi tədbirlərin dəstəklənməsi məqsədiləimzalanmış Niyyət Məktubu çərçivəsində məsləhətçi qismində seçilmiş “SNC-Lavalin's Atkins” şirkəti tərəfindən layihənin icrasına başlanılıb. Bununla bağlı məlumatlar toplanılıb, sahələrə səfərlər təşkil edilib vəgörüşlər keçirilib. BP şirkəti və “SNC-Lavalin's Atkins” şirkəti ilə keçirilən növbəti görüşdə tədbirin icrası məsələləri müzakirə olunub və şirkət tərəfindən hazırlanacaq təhlilin ümumi strukturu təqdim edilib.
Qeyd edək ki, təhlil və qiymətləndirmənin nəticələri əsasında, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla stansiyaların fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı tövsiyələrin və yol xəritəsinin hazırlanması nəzərdə tutulur.
Hesabat dövründə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə “Azərbaycanda bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi” layihəsi işlənilir.