Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənab prezident İlham Əliyevin rəhbərliyi altında çalışmaq, qürurvericidir.



Newscenter.az.5.07.2019. 2019-cu ilin statistikasına əsasən dünyada iki minə yaxın millət mövcuddur. Beynəlxalq birlik tərəfindən tanınmış, Birləşmiş Millətlər Təşkilatı sisteminə cəmi 197 dövlət daxildir. Bir çox millətlər üçün əlçatmaz arzu olan müstəqillik hər bir Azərbaycanlının bir nömrəli qürur mənbəyidir. Əsası 1918-ci ildə qoyulmuş Şərqdə ilk Demokratik respublikamız 100 ildən çoxdur ki, tarixin keşməkeşli, ağır sınaqlarından keçərək yaşayır, fəaliyyət göstərir və dünya birliyində öz layiqli yerini tutur.

Ötən il cümhuriyyətimizin 100 illik yubileyi dövlətimiz tərəfindən geniş şəkildə çox böyük təntənə və dünyanın hər tərəfindən gəlmiş çoxsaylı qonaqların iştirakı ilə qeyd olundu. Hesab edirəm ki, mədəni bir xalq olaraq 20-ci əsrin əvvəllərində əcdadlarımızın o dövr üçün bir çox, hətta inkişaf etmiş ölkələrə nümunə ola biləcək demokratik dəyərlərə söykənən bir dövlət qurduqlarını detalları ilə təbliğ edə bildik.
Yeri gəlmişkən cümhuriyyət qurucularına, Bakını erməni-bolşevik işğalından azad etmiş Qafqaz İslam Ordusuna, torpaqlarımız uğrunda həlak olmuş şəhidlərə, sonralar həm Sovetlər dönəmində, həm də müstəqilliyin çox kövrək vaxtlarında Azərbaycana rəhbərlik etmiş Azərbaycanı bir dövlət olaraq parçalanmaqdan xilas etmiş ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyir, ruhlarının şad olmasını arzulayıram. Artıq 2003-cü ildən Azərbaycanı inqilabi sürətlə inkişaf etdirən cənab prezident İlham Əliyevə öz təşəkkürlərimi çatdırıram.

Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan respublikasının prezidenti özünün təsis etdiyi “Cümhuriyyətin 100 illiyi” yubiley medalı ilə bir çox həmkarlarımla yanaşı məni də təltif etdiyi üçün bir daha təşəkkürlərimi çatdırmağı özümə borc bilirəm. Uzun illər həm ümumilli lider Heydər Əliyevin, həm də cənab prezident İlham Əliyevin rəhbərliyi altında çalışmaq, doğma vətənimizin sosial-iqtisadi inkişafında cüzi də olsa iştirak etmək və zamana müvafiq tarixi proseslərin bilavasitə iştirakçısı olmaq təbii ki, qürurvericidir.

Hər bir Azərbaycanlı ailəsinə sülh və əmin-amanlıq arzu edirəm!.


Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
Xəbəri paylaş