Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycanlıları İttifaqı Azərbaycan dövlətinin yanındadır



RAI Zabit Quliyevin müalicəsi üçün yardıma hazırdır

Newscenter.az.5.07.2019. Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqı Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin anası Məlahət xanım Quliyevanın vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir.

Məlahət xanımın qəfil ölüm xəbəri bizim dərin kədərimizə səbəb oldu. Təkcə Zabit Quliyev deyil, Azərbaycanı sevən hər bir Azərbaycanlı üçün bu ağır itkidir. Məlahət ana Azərbaycanın Milli Qəhrəmanı adını qazanmış Zabit kimi oğul böyüdüb və bu övladın adı Azərbaycanın müharibə səlnaməsinə qızıl hərflərlə yazılıb. Hesab edirəm ki, milli qəhrəmanlar, qazilər, şəhidlər, onların valideynləri və ailələrinə hər zaman və hər yerdə böyük ehtiram göstərilməlidir. Cəmiyyətimizin kütləvi şəkildə vətənpərvərlik ruhunun yüksəlişi üçün bu zəruridir.
Bir daha Zabit Quliyevə və onun əzizlərinə Məlahət xanım Quliyevanın vaxtsız vəfatı ilə əlaqədar başsağlığımı, dərin hüznlə Sizin kədərinizi bölüşüdüyümü bildirirəm.

Məlahət xanıma Allah rəhmət eləsin! Ruhu şad olsun! Yeri cənnətlik olsun!

Təəsüf hissi ilə qeyd etməliyəm ki, Zabit Quliyevin öz sağlamlığında ciddi problemlər var. O ikitərəfli insult keçirib. Bir qədər əvvəl Ukraynanın ən yaxşı xəstəxanalarından birində reabilitasiya kursu keçsə də Azərbaycana döndükdən bir müddət sonra səhhəti pisləşmiş, anasının ölüm xəbərini eşidəndən sonra isə Zabitin təcili yardımla xəstəxanaya dönüşünə ehtiyac yaranmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidentı Mehriban Əliyeva milli qəhrəmanlara, qazilərə və onların ailələrinə, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir. Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Zabit Quliyev Bakının ən yaxşı klinikalarından birinə yerləşdirilmiş və ona hər cür tibbi yardım göstərilir.

Qeyd etməliyəm ki, Rusiya Azərbaycanlıları İttifaqı Zabit Quliyevə hər zaman diqqət göstərib. Ümummilli lider Heydər Əliyevin millətin qanadları adlandığı diasporumuzun ictimai təşkilatı olan Rusiya Azərbaycanlıları İttifaqı bu məsəldə də Azərbaycan dövlətinin yanındadır, Zabit Quliyevin müalicəsi üçün yardıma hazırdır.

Dərin hörmətlə,
Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov

Xəbəri paylaş