Newscenter.az.9.07.2019. Paytaxt məktəbinin builki məzunu Budapeştdə dünya məktəbliləri arasında keçirilən kombat oyunlarında uğura imza atıb.
Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin builki məzunu Fərid Ağayev Budapeştdə keçirilən yarışlarda karate idman növü üzrə qızıl medala layiq görülüb, diplomla təltif edilib.
Qeyd edək ki, Fərid Ağayev 2009-cu ildən - 7 yaşından karate ilə məşğul olur. O, yeniyetmələr arasında İsveçrə və Fransada keçirilən Avropa çempionatlarında 2 dəfə I yerə, Xorvatiyada keçirilən Qran pri, Gənclər liqası və Dünya Çempionatında müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.