Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Gənclər Mərkəzində Xalqlar DOSTluğu tədbiri keçirilib

Bakı Gənclər Mərkəzində Xalqlar DOSTluğu tədbiri keçirilib


Newscenter.az.31.07.2019
. Bakı Gənclər Mərkəzində 30 iyul Beynəlxalq Dostluq Gününə həsr olunmuş Xalqlar DOSTluğu tədbiri təşkil olunub.

Newscenter.az-a daxil olan məlumata görə, DOST Agentliyi və Bakı Gənclər Mərkəzi tərəfindən birgə təşkil olunan tədbir xalqlar arasında dostluq, tolerantlıq və insani dəyərlərin təbliği məqsədi ilə keçirilib. Açılış zamanı Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova çıxış edərək qonaqları salamlayıb və xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Daha sonra çıxış edən DOST Agentliyinin Könünllülərlə İş Şöbəsinin müdiri Ruslan Mirzəliyev iştirakçıları salamlayaraq tədbirin mədəniyyətlər arasında dostluq körpülərinin qurulmasındakı əhəmiyyətinə toxunub. O, eyni zamanda, DOST Agentliyinin gənclər sahəsində fəaliyyətindən danışıb.

Tədbirin gedişində Estoniya, Hindistan, Yamayka, Nigeriya, Polşa və ABŞ-dan olan gənc qonaqlar çıxış edərək öz ölkələrinin mədəniyyətləri, tarix və ənənələrindən danışıb. Son olaraq Azərbaycanı təmsil edən gəncin də çıxışından sonra musiqili proqram başlayıb. Bu yolla gənclər xalqımızın zəngin mədəniyyətini musiqi və rəqslərlə müxtəlif ölkələrdən gələn qonaqlar, eləcə də tədbir iştirakçılarına çatdırıblar
Xəbəri paylaş