Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir neçə rayonda qaz təchizatı dayandırılıb

Bir neçə rayonda qaz təchizatı dayandırılıb


Newscenter.az.31.07.2019. Bərdə Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarının bir hissəsində qaz təzhizatı dayandırılıb.

Bu barədə məlumat Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, buna səbəb Qaz İxrac İdarəsinin balansında olan bir neçə magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar 30 iyul axşam saat 19.00-dan etibarən 31 iyul saat 19.00-dək davam edəcək təmir bərpa işləridir.

Həmçinin o da bildirilib ki, 30 iyuldan işlər başa çatana qədər Bərdə, Tərtər, Ağdam, Yevlax rayonlarının bir neçə yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.
Azad

Xəbəri paylaş