Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qızıl-zinət əşyalarını gizli yolla keçirmək istədi



Newscenter.az.25.09.2019. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun ixrac piyada gömrük nəzarəti xəttinə daxil olan Özbəkistan Respublikası vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirilib və şübhəli cizgilər müəyyən olunub.

Newscenter.az-a DGK-dan bildirilib ki, əl yüklərinə gömrük baxışı zamanı əl çantası və çamadanın içərisində gömrük nəzarətinə bəyan olunmayan, üzərindəki qaşları ilə birlikdə ümumi təqribi çəkisi 95 qram olan qızıl-zinət əşyaları - 5 ədəd sırğa, 2 ədəd klon, 1 ədəd qolbaq, 1 ədəd qol saatı, 1 ədəd boyunbağı, 2 ədəd üzərində "Maktain 222046" və "Maktain 222043" yazıları əks olunan qol saatları aşkarlanıb.

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zamanı onun sinə nahiyəsində salfetə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən, qaşları ilə birlikdə ümumi təqribi çəkisi 57 qram olan qızıl-zinət əşyaları - 3 ədəd üzük, 1 ədəd sırğa, 2 cüt üzük-sırğa dəsti aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Zaur
Xəbəri paylaş