Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göyçayda yaşıl soyqırım-FOTOLAR



Yaşı üç yüz ildən artıq olan ağaclar kütləvi şəkildə qırılır

Newscenter.az.7.10.2019.
Göyçayda yaşıl soyqırım həyata keçirilir.

Newscenter.az xəbər verir ki, belə bir iddia ilə rayon sakini Əhliman Əliyev çıxış edib. O, bildirib ki. Göyçayda yaşı üç yüz ildən artıq olan çinar ağacları kütləvi şəkildə kəsilir. Şikayət müəllifi qeyd edib ki, rayon ərazisində yaşıllıqların məhv olunmasının birbaşa sifarişi İcra Hakimiyyəti tərəfindən verilir və yaşıllıqların məhv edildiyi ərazilər ayrı-ayrı adamlara satılır.

Əhliman Əliyev rayonda yaşıl soyqırımın qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və baş prokuror Zakir Qaralova müraciət edib.

P.S. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Xosrov
Xəbəri paylaş