Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Miqrasiya Xidmətinin rəisi ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin nümayəndələri ilə görüşüb



Newscenter.az.10.10.2019. Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin Ölkədən çıxarılma və Mühafizə əməliyyatları üzrə Direktorluğunun direktor müavini xanım Marlen Pinyeironun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti haqqında ətraflı məlumat verən V.Hüseynov Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən mövcud əlaqələrin və əməkdaşlığın perspektivlərinin ildən-ilə genişləndiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Xosrov
Xəbəri paylaş