Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Mastercard” kiberməkandakı konfliktlərdə nzərərçəkmişlərə yardım edəcək



Newscenter.az.16.10.2019. Kiberhücumların artan təsirlərini aradan qaldırmaq üçün yaradılan KiberSülh İnstitutu həssas icmalara yardım edərək şəffaflığıtəşviq edəcək və kiberməkanda qəbul edilmiş davranışlar barədə müzakirələri genişləndirəcək.

Newscenter.az xəbər verir ki, KiberSülh İnstitutu - böyük kiber hücumların artan təsirlərini aradan qaldırmaq məqsədilə yaradılmış müstəqil QHT-dir. O, kiberməkanda münaqişələrin azaldılması, sülh və sabitliyin artırılması üçün edilən qlobal səylərin nəticəsidir.
Öz missiyasını yerinə yetirmək üçün KiberSülh İnstitutu üç əsas funksiyaya köklənəcək:
Yardım: Kiberhücumların qurbanları üçün bərpasəylərini koordinasiya etmək və həssas icmalara və təşkilatlara hücumlara qarşı daha möhkəm olmaqda köməklik göstərmək.

Hesabatlılıq: Zərəri qiymətləndirmək və problemə böyük həcmdə şəffaflıq təmin etmək də daxil olmaqla, kiberhücumların təhlili, araşdırması və təhqiqatını asanlaşdırmaq və bununla da hər kəsi hücuma qarşı hərəkətə keçmək üçün daha yaxşı məlumatla təmin etmək.
İnkişaf: Beynəlxalq hüquq və qaydalara riayəti gücləndirməklə, kiberməkanda məsuliyyətli davranışı inkişaf etdirmək.

Kiberhücumların bütün dünya üzrə insanlara və mülki infrastruktura vurduğu zərər hər zamankından daha çoxdur. Ən zərərli hücumlar bizneslərin məhvinə, iqtisadiyyatların çöküşünə və xəstəxanaların bağlanmasına gətirib çıxarıb.Bu yaxınlarda kiberhücum nəticəsində yerli hökümət idarələrinin fəaliyyətini dayandı, elektrik şəbəkələri və seçki infrastrukturutəhlükə altına düşdü.

Kiber Sülh İnstitutuna hazırda Avropadaxilində İnternet İstinadı İdarəsinin başçısı olan və Avropa Kiber Cinayət Mərkəzininyaradılmasında müstəsna rolu olmuş Stefan Duquin rəhbərlik edəcək.Avropa Parlamentinin hazırki üzvü Marietye Şaake KiberSülh İnstitutunun Prezidenti və Məşvərət Şurasının Sədri vəzifələrini icra edəcək. Bundan əlavə, o, bu yaxınlarda Stanfordun Kiber Siyasət Mərkəzinə və onun Süni İntellekt İnstitutuna qoşulub.


Xəbəri paylaş