Bu yolda rəngləmə işləri aparılacaq
Tarix: 17-10-2019, 13:37
Newscenter.az.17.10.2019. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, həmçinin Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində, gecə saatlarında isə Xətai rayonu, Rahib Məmmədov və Ramiz Quliyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub.
Bu üzdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Anar