Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir



Newscenter.az.18.10.2019. Mikro və kiçik sahibkarlıq subyektlərinin əl işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilən “Bazarını yarat” adlı sərgi-satış yarmarkasında nümayiş olunub.

Newscenter.az xəbər verir ki, Nizami Kino Mərkəzində təşkil olunmuş yarmarkanın keçirilməsində məqsəd özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını qurmuş şəxslər və aztəminatlı ailələr tərəfindən hazırlanmış məhsulların satışına dəstək göstərməkdir.

Özünüməşğulluq proqramına qoşulmuş şəxslərlə yanaşı, KOBİA-nın dəstəyi ilə sərgi-satış yarmarkasında iştirak edən mikro və kiçik sahibkarlar, eləcə də “Damla” Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi tərəfindən ağac üzərində oyma, xalçalar, suvenirlər, milli geyimlər və araxçınlar, müxtəlif rəsimlər və s. təqdim olunub.

“Bazarını yarat” yarmarkasının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə KOBİA mütəmadi olaraq özünüməşğulluq proqramı barədə vətəndaşları məlumatlandırır, onların proqrama qoşulması üçün Dövlət Məşğulluq Xidməti ilə əlaqələndirilməsinə dəstək göstərir. Eyni zamanda KOBİA özünüməşğulluq proqramına qoşulmuş şəxslər üçün sahibkarlıq fəaliyyətinə dair təlimlərin keçirilməsində, onlara informasiya və məsləhət xidmətlərinin göstərilməsində yaxından iştirak edir.

Zaur
Xəbəri paylaş