Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdi



Newscenter.az.19.10.2019. Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Churros” ictimai-iaşə obyekti fəaliyyətə başlayıb.

Newscenter.az-a Agentlikdən daxil olan məlumata görə, “Fəvvarələr meydanı”nda yerləşən “Churros”da İspaniya şirniyyatı olan “churros”un hazırlanması və satışı həyata keçirilir. Eyni zamanda burada müxtəlif çeşiddə çaylar, kofe növləri, kokteyllər və digər sərinləşdirici içkilər hazırlanaraq satılır. Hazırda “Churros”da 5 nəfər işlə təmin edilib.

KOBİA tərəfindən “Churros” ictimai-iaşə obyetinin yaradılmasına konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və s. kimi istiqamətlərdə dəstək göstərilib.

“Churros” şəbəkəsinin genişləndirilməsi və Bakının digər ərazilərində də yaradılması nəzərdə tutulur.

KOBİA mikro və kiçik sahibkarların ölkə iqtisadiyyatında rolunun və məşğulluqda payının artırılması üçün bir sıra biznes təşəbbüslərinin və layihələrin reallaşdırılmasına dəstək göstərib. Agentlik dövlət dəstəyi mexanizmləri və öz xidmətləri hesabına startapların və sahibkarların biznes təşəbbüslərinin və layihələrinin reallaşdırılmasına dəstəyini davam etdirəcəkdir.

Zaur
Xəbəri paylaş