Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kuba prezidenti Bakıya səfər edəcək



Newscenter.az.19.10.2019. Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.

Bu barədə "Report" Kubanın "Radio Habana Cuba" saytına istinadən xəbər verir.

Məlumata görə, o, Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək. Bakıda keçiriləcək sammit oktyabrın 25-dən 26-dək davam edəcək.

Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu sabah - bazar günü başlayacaq. Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir.
Xəbəri paylaş