Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 11 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək



Newscenter.az.21.10.2019. Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Oğuz, Qax, Şəki, Qəbələ, Xaçmaz, Qusar, Neftçala, Cəlilabad, Hacıqabul, Kürdəmir, və Göyçay rayonlarında təşkil ediləcək.

Səyyar satışlar oktyabrın 22-də Oğuzun Qumlaq, Xaçmazın Uzunoba və Neftçalanın Xorqaraqaşlı kəndlərində, oktyabrın 23-də Qaxın Ləkid, Xaçmazın Xudat və Cəlilabadın Pirivolnoye kəndlərində, oktyabrın 24-də Şəkinin Aydınbulaq, Qusarın Urva və Hacıqabulun Meyniman kəndlərində, oktyabrın 25-də Şəkinin Şorsu, Qusarın Urva və Kürdəmirin Qarasu kəndlərində, oktyabrın 26-da Qəbələnin Tüntün, Qubanın Hacıhüseynli və Göyçayın Ləkçılpaq kəndlərində həyata keçiriləcək.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Orxan
Xəbəri paylaş