Newscenter.az.21.10.2019. "Adını “milli şura” adlanan qaragüruh qrup və onların başçısı Əli Kərimli oktyabrın 19-da Azərbaycan qanunlarına hörmətsizlik edərək ictimai sabitliyi pozmağa və qarşıdurma yaratmağa cəhd etməklə bir daha təxribatçı və həm hiyləgər simasını nümayiş etdirdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vaqif Abdullayev səsləndirib. Onun sözlərinə görə, Əli Kərimli özü də yaxşı bilirdi ki, dövlətin əleyhinə çağırşlar, antikonstitisyon hərəkətlərlə başlayan bu küşə yürüşünün dövlət tərəfindən qanunamüvafiq şəkildə qarşısı alınacaq:
"Bütün demokratik dünya ölkələrində olduğu kimi Azərbaycanın hüquq-mühafizə və digər müvafiq orqanları icazəsiz və dövlətçilik əleyhinə yönəlmiş bu təxribatı əngəlləyəcək. Bəs Əli Kərimli bunları bildiyi halda niyə bu təxriabatlara əl atdı? Çünki əmr böyük yerdən gəlmişdi, ölkəni qarışdırmaq, xaos yaratmaq".
Vqif Abdullayev qeyd edib ki, bu qüvvələrin aksiyadan əvvəl sosial şəbəkələrdəki dövlətçilik əleyhinə çağırışları və xaricdəki muzdlu sosial “bloqqerlərin” fikirlərində diqqəti cəlb edən ortaq bir məqam vardı:
"Azərbaycanın sabitliyini pozmaq, dövlətin institutlarına qarşı təxribatlar törətmək: “milli şura” üzvlərinin Vətənə və Dövlətə xəyanətkarlığı, xarici dövlətlərin müyyən qüvvələrinin pulları hesabına Azərbaycanda sabitliyi pozmaq planları aksiya zamanı xaricilərdən mədət umması zamanı da gözdən qaçmadı. Gültəkin Hacıbəylinin Avropa İttifaqı və digər xarici ölkələrin nümayəndələri ilə görüşu, onlardan yardım istəməsi bir daha xəyanətkarların simasını ortaya qoydu. Bu gün hər kəsə aydındır ki, Azərbaycan demokratik dövlətdir. Dövlətin funksiyası isə dövlətçiliyi qorumaqdır".
Xosrov