Newscenter.az.19.11.2019. "Azərbaycan Gömrük Xidmətinin son illər əldə etdiyi əsas uğurlardan biri də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir"
Newscenter.az xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BP şirkətinin vergi məsələləri üzrə baş direktoru xanım Yan Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Komitə sədri qeyd edib ki, son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.
Zaur