Newscenter.az.20.11.2019. Avtomobil sahiblərinin CNG, yəni sıxılmış təbii qazla təminatı üçün mühim addımlar atılır.
Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, yanacaqdoldurma məntəqələrində bu istiqamətdə bəzi işlər görülür. Noyabrın 20-də Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaq doldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 mm olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.
Bu işin icrası üçün sabah saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.
Zaur