Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU-nun tələbəsi zəhərlənmədən ölüb



Newscenter.az.21.11.2019. Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Bu barədə Lent.az -ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 12:35-də daxil olub:

"Həkimlər Mətbuat küç 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir".
Xəbəri paylaş