Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasəti bu qədər eybəcərləşdirmək olmaz



Newscenter.az.25.11.2019. "Əli İnsanovun öz siyasi iddiasını ortaya qoyması və hətta Haqq-Ədalət Partiyası adında yeni siyasi qurumun təşkilat komitəsini də yaratması ilk baxışdan tamamilə normaldır. Hər bir vətəndaşımız kimi keçmiş səhiyyə naziri Əli İnsanovun da bu və ya digər siyasi təşəbbüslə çıxış etməyə, öz siyasi mövqeyini bəyan etməyə, onunla eyni siyasi ideyaları bölüşən şəxslərlə birləşərək hərəkat və ya partiya yaratmağa qanunla hüququ çatır".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov çıxış edib. Partiya sədri onu da qeyd edib ki, amma siyasətdə təkcə hüquq amili yox, mənəvi prinsiplər də çox önəmli rol oynayır:

"Məsələyə bu prizmadan yanaşsaq, o zaman tam əminliklə deyə bilərik ki, sabiq səhiyyə nazirinin bu gün siyasi partiya yaradıb xalqın adından danışmağa heç bir mənəvi haqqı çatmır. Zamanında xalqın ona olan etimadını bir nazir kimi doğrulda bilməyən bir şəxs indi müxalif siyasətçi kimi bu xalqa nə gün ağlaya bilər ki? Birdəki, vaxtilə təhqir edib sonradan üzr istədiyi hazırki müxalifət liderləri ilə bundan sonra bir cərgədə, eyni düşərgədə çiyin-çiyinə dayanmaq qərarı hansı mənəvi-etik qanunlara sığır, bunu siz deyin. Siyasəti bu qədər eybəcərləşdirmək olmaz axı".

Xosrov
Xəbəri paylaş