Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“KOB könüllüləri” sahibkarları məlumatlandırıb



Newscenter.az.11.02.2020. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” Oğuz rayonunda fəaliyyət göstərən mikro və kiçik sahibkarları KOB-lara göstərilən dövlət dəstəyi tədbirləri və mexanizmləri barədə məlumatlandırıb.

Newscenter.az xəbər verir ki, Oğuz rayonunda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində, ticarət mərkəzlərində, tikiş sexləri və fərdi təsərrüfatlarda olan Qəbələ-Oğuz “KOB Dostu” ofisinin könüllüləri sahibkarlara dövlət dəstəyi mexanizmləri, KOBİA-nın fəaliyyəti, biznesin qurulması və inkişafı, KOB-ların maraqlarının müdafiəsi, onlayn maarifləndirmə tədbirləri barədə məlumat veriblər.

Agentliyin müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən “KOB könüllüləri” tərəfindən KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər barədə yerli sahibkarların məlumatlandırılması tədbirləri davam etdiriləcəkdir.
Xəbəri paylaş