Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanla hərbi sahədə əməkdaşlığın mövcud durumu müzakirə edilib

Gürcüstanla hərbi sahədə əməkdaşlığın mövcud durumu müzakirə edilib


Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri cənab İrakli Kobaxidze ilə görüşüb.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

Şeyda
Xəbəri paylaş