Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda arxiv işinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib



Newscenter.az.12.02.2020. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsi, arxiv işi sahəsində normativ hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsi məqsədilə imzalanıb.

Dövlət Proqramında ümumi müddəalar, proqramın məqsədi, əsas istiqamətləri, maliyyə təminatı, gözlənilən nəticələr kimi müddəalar, həmçinin onun həyata keçirilməsi üzrə tədbirlər planı öz əksini tapıb.
Xəbəri paylaş