Newscenter.az.12.02.2020. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Salyan rayonundan olan vətəndaşları qəbul edəcək. Newscenter.az-a Dövlət Komitəsindən daxil olan məlumata görə, qəbul fevralın 18-də saat 10:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin tarixdə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov
Yeni Azərbaycan Partiyasının Biləsuvar Rayon təşkilatının inzibati binasında saat 11:00-da vətəndaşların müraciətlərini dinləyəcək. Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov fevralın 13-də Hacıqabul rayon Heydər Əliyev Mərkəzində saat 15:00-da rayon sakinlərini qəbul edəcək. Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı isə fevralın 20-də saat 11:00-da Şirvan şəhər Gənclər Evində şəhər sakinləri ilə görüşəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı qəbula gəlmək istəyən vətəndaşlardan Komitənin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.