Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobil qəzası 1500 abonenti qazsız qoydu



Newscenter.az.15.02.2020. Fevralın 14-də gecə saat 23:00 radələrində İmişlı rayonunun Aranlı və Qızılkənd kəndlərini qazla təmin edən 225 mm diametrində olan polietilen qaz kəmərinin metal hissəsini avtamobillə vuraraq qırıblar.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, nəticədə 1500 abanentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Qaz təchizatının fevralın 15-də səhər saatlarından etibarən bərpasına başlanılıb.
Xəbəri paylaş