Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün MSK-nın qarşısında aksiya keçiriləcək



Newscenter.az.15.02.2020. Müsavat və REAL partiyası seçkilərin nəticlərinə dair etiraz aksiyasını MSK-nın qarşısında keçirməyi qərara alıblar.

Bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov bildirib. O, Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi Lokbatandakı yerdən imtina etdiklərini açıqlayıb:

“Lökbatanda aksiyanın keçirilməsində bir qəbahət olmasa da, biz orada aksiya keçirməyəcəyik. Bəlkə başqa bir şəraitdə bunu edərdik, amma 16 fevral dinc etiraz mitinqimiz MSK-nın qarşısında olacaq. Bakı şəhər icra hakimiyyəti sərbəst toplaşmaq haqqımızı bu bir neçə gündə kobudcasına pozub. Baxamayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi 16 fevral 2020-ci il tarixində saat 3-dən 4-dək MSK-nın qarşısındakı ərazidə keçircəyik (Azadlıq metro stansiyasının yaxınlığında). Bu barədə Bakı şəhər icra hakimiyyətini də xəbərdar etdik”.

Xatırladaq ki, Bakı Polisi qanunsuz aksiya keçiriləcəyi təqdirdə qarşısının alınacağını bildirib.
Xəbəri paylaş