Astara gömrük postunda keçid dayandırıldı
Tarix: 23-02-2020, 15:02
Newscenter.az.23.02.2020. Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb.
Cənub Ərazi Baş Gömrük İdarəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.
Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.