Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Mühəndislik Universitetində əsaslı dezinfeksiya işləri aparılıb



Newscenter.az.3.03.2020. Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə Bakı Mühəndislik Universitetində (BMU) dezinfeksiya işləri aparılıb.

Newscenter.az-a təhsil ocağının ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən universitetin bütün tədris binaları, yataqxanaları və ictimai-iaşə obyektləri dezinfeksiya olunub, sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb.

Qeyd edək ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə BMU-da ardıcıl işlər həyata keçirilir. Bununla bağlı maarifləndirici videoçarx hazırlanıb, universitetin saytına, eləcə də tədris binalarında və yataqxanalarda monitorlara yerləşdirilib. Eyni zamanda, “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda keçirilən maarifləndirici tədbirdə koronovirusun fəsadları və ondan qorunmağın yolları haqqında ətraflı məlumat verilib.

R.Mehdiyeva
Xəbəri paylaş