Newscenter.az.5.03.2020. Səhiyyə Nazirliyində yeni təyinat olub.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.
Bununla da Səhiyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a fakt təsdiqlənib.
Qeyd edək ki, V.Qasımov bu təyinata qədər Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində çalışıb.