Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müddəti bitən şəxslər barəsində cərimələr tətbiq edilmir



Newscenter.az.28.03.2020. "16 mart-30 aprel tarixlərində olma müddəti bitən, lakin gec müraciət edən şəxslər barədə inzibati məsuliyyət tədbirləri (cərimə) tətbiq edilmir və ümumi olaraq müraciət etmələri, qəbul şöbələrinə gəlmələri tələb edilmir".

Newscenter.az xəbər verir ki, bunu özünün facebook səhifəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.

V.Hüseynov qeyd edib ki, ölkədə olma (viza və ya 90 gün) müddətinin uzadılması üçün müraciət edən şəxslər və ümumi olaraq bu dövrdə müddəti bitən şəxslər Miqrasiya Xidmətinin internet səhifəsində dövlət rüsumunun ödənişini həyata keçirə bilər:

"Bununla da müraciət etmədikləri təqdirdə belə olma müddəti uzadılmış hesab ediləcək. İnternet səhifədə 2 məlumatı - pasport nömrəsi və doğum tarixi daxil edilməklə bank kartı vasitəsilə və ya ödəniş kodunu götürüb "exspress pay" terminalları vasitəsilə rüsum ödənilə bilər.

Ödəniş nömrələri hazırda 16-31 mart tarixlərində müddəti bitən şəxslər üçündür. Aprel ayında bitən şəxslər üçün məlumat gələn həftə yerləşdiriləcək. İcazə qərarlarının götürülməsi üçün hazırda qəbul şöbələrinə yaxınlaşma zərurəti yoxdur və tövsiyə etmirik".

Mehman
Xəbəri paylaş