Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial şəbəkə istifadəçisinin məlumatı araşdırılıb



Newscenter.az.2.04.2020. Facebook sosial şəbəkəsinin istifadəçisi Gülanə Cuvarlı “Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Koroğlu Rəhimov küçəsi, 70” ünvanında yerləşən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 9 nömrəli Bakı Peşə Liseyinin yataqxanasında dezinfeksiya tədbirlərinin həyata keçirilmədiyi barədə məlumat yayıb.

Newscenter.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məlumatla bağlı araşdırma aparıb. Məlum olub ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 25 mart 2020-ci il tarixində həmin ünvanda dezinfeksiya tədbirləri həyata keçirilib və bu iş davam etdiriləcəkdir.

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə məcburi köçkünlərin sıx məskunlaşdığı bütün bina və tikililərdə dezinfeksiya işlərinin aparılması üçün Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə və yerli icra hakimiyyətlərinə müraciət edib.

Komitə aparatının müvafiq şöbəsi və yerli sektorlar dezinfeksiya işlərinin gedişini diqqətə saxlayır, məcburi köçkünlərin bu məsələ ilə bağlı hər bir müraciətinə həssaslıqla yanaşır, zəruri tədbirlər həyata keçirirlər. Dezinfeksiya işləri ümumi istifadə yerlərində, girişlərdə və onların ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 6-cı bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Ayan
Xəbəri paylaş