Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda dini cəhətdən vəziyyət ürək açan deyil

Azərbaycanda dini cəhətdən vəziyyət ürək açan deyil


Newscenter.az. 8.04.2020.
“Azərbaycanda dini cəhətdən vəziyyət ürək açan deyil. Bu mənada ki, bir neçə dini cərəyanların qruplaşmış forması var. Əsasən təkfirçilik ideologiyasını yayan xüsusi cərayan nümayəndələri var”.

Bu fikirləri Newscenter.az.-a ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O, qeyd edib ki, bunlar dövlətin qayda-qanunlarına, cəmiyyətin adət-ənənələrinə qarşı çıxan radikal qruplaşmadır:

“Həmçinin İranmeyilli radikal dini cərəyanlar var. Bütün bunlar da bir-biriləri ilə fikir ayrılıqlarındadırlar. Buna baxmayaraq ölkədə ümumi cəmiyyətə zərər verəcək gücləri yoxdur. Bütün hallarda kənardan hər şey gözəl görsənməsinə baxmayaraq, daha çox sosial-şəbəkələrdə aktivlik göstərirlər”.

Əkrəm Həsənov bildirib ki, radikal müxalifət belə qrup dindarları ələ ala bilib iğtişaş yaratmağa cəhd edir:

“Məhz bu cür radikal dini qruplar da müxalifəti dəstəkləyir və ölkə rəhbəri əleyhinə gizlin təbliğat aparırlar. Buna baxmayaraq ən vacibi odur ki, belə qruplar nəzarətdə saxlanılır və zərərli təbliğatı açıq formada həyata keçirə bilmirlər. Yalnız xüsusi evlərdə dərs adı ilə yığılıb təbliğatlarını aparırlar. Bunlar xüsusi ilə cənazələrdə fəallıq göstərirlər və dövlətin, camaatın tanıdığı imamın arxasında namaz qılmağı doğru hesab etmirlər. Yalnız özlərini müsəlman hesab edib, başqalarını təkfir edirlər, özlərindən başqalarını müsəlman hesab etmirlər. Yalnız özlərinin qrupunda olanların kəsdiyi heyvanın ətini yeyirlər, başqa vətəndaşın kəsdiyi heyvanın ətini yemirlər. Çünki, özlərindən başqalarını müsəlman hesab etmirlər”.
Xəbəri paylaş