Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan hakimiyyətində arxayınlıq yaratmamlıdır

Paşinyan hakimiyyətində arxayınlıq yaratmamlıdır


Qazaxın dörd kəndi ilə bağlı yaşanan gərginliyin arxasında Paşinyan hakmiyyətinin müxalifəti və erməni kilsəsinin dayandığı heç kimə sirr deyil. Yəni rəsmi İrəvan iki mühüm maneə ilə imtahandadır. Bunlardan biri kilsə, digəri isə əsasən köhnə hakmiyyət təmsilçilərindən və Qarabağ ermənilərindən ibarət müxalifətdir.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, hər fürsətdə Paşinyanın mövqelərinin zəiflədilməsinə çalışan bu qüvvələr sərhədlərin delimitasiya prossesinə başlanılmasını və bu fonda ayrı-ayrı ölkələrdən gələn müsbət mövqeni həzm edə bilmədikləri üçün əhalini qızışdırmağa və etirazları böyütməyə çalışırlar:

"Düşünmürəm ki, bu etirazların artıq imzalanmış öhdəliklərin yerinə yetirilməsinə köklü təsir göstərə bilsin. Əvvəla ona görə ki, Ermənistanda insanların çoxu yeni müharibədən haqlı olaraq qorxurlar və başa düşürlər ki, dünya tərəfindən tanınan ərazilərmizin geri qaytarılması istiqamətində könüllü addımlar atılmasa Azərbaycan həmin əraziləri ən qısa vaxta geri qaytarmaq üçün güc tətbiq edə bilər. İkincisi insanlar davamlı sülhün bərqərar olmasına Ermənistan üçün iqtisadi müstəvidə də real imkanlar yarada biləcəyinə inanırlar.

Amma bu Paşinyan hakimiyyətində arxayınlıq yaratmamlıdır. Biz artıq hərbçilərin də bu və ya digər şəkildə etirazlara qoşulduğunu gördük. Prossesin tez bir zamanda yekunlaşmaması etirazçılara yeni qüvvələrin qoşulmasına və kənar təsirlərlə prossesin böyüməsinə şərait yarada bilər".



Süleyman
Xəbəri paylaş