Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çində koronavirus geri qayıdır?



Newscenter.az.14.05.2020
. Çin Xalq Respublikasında son 24 sat ərzində 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Yoluxanlardan on ikisi yeni simptomsuz daşıyıcıdır. Yoluxma faktları ölkə daxilində qeydə alınıb.

Çinə xaricdən gələn 1 692 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Onlardan 1 632-si sağalıb, 60 nəfər isə həkim nəzarətindədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş