Newscenter.az.14.05.2020. ABŞ-ın Nyu-York şəhərində 185 206 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə şəhərin ictimai səhiyyə idarəsi məlumat yayıb.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 15 223 nəfər dünyasını dəyişib. Digər 5 083 ölümünə səbəb isə koronavirusun yaratdığı xəstəlikdir.
Şəhərin meri Bill de Blazio bildirib ki, son 24 saat ərzində tibb müəssisələrinə qəbul edilən xəstələrin sayı gündə 51-dən 78-ə yüksəlib. Süni nəfəs aparatına ehtiyacı olanların da sayı 11 pasiyent artaraq 561-ə çatıb.
De Blazio bildirib ki, şəhər iqtisadiyyatının yenidən qurulmasına iki il ərzində təxminən 17 milyard ABŞ dolları həcmində federal yardım lazımdır.