Newscenter.az.15.05.2020. Azərbaycan ordusnun ayın 18-dən 22- kimi başyalacaq hərbi-taktiki təlimləri regionda geniş miqyaslı təlim olacaq”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyir ki, 10 min şəxsi heyətin və 400-ə yaxın zirehli texnikanın və artilleriya vasitələrinin dəstəyi ilə keçiriləcək bu təlimlər, Qarabağ münaqişəsinin həllində danışıqların dalana dirəndiyi bir vaxtda keçirilir:
“Bu təlimlər, əsasən ərazilərin işğaldan azad edilməsi planına uyğun olaraq keçirilir və Ermənistana birbaşa xəbərdarlıq xaraketrlidir. Məhz Aprel döyüşləri ərəfəsində ordumuz bu kimi təlimlər keçirirdi və nəticədə praktik olaraq Ermənistan üzərində bunu həyata keçirdi. Hazırkı hərbi təlimlər, müharibə oyunları müstəvisindədir və ordunun döyüş qabiliyyətinin nümayişidir”.
Politoloq qeyd edib ki, Ermənistan tərəfi faktiki danışıqlardan yayınır:
“Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni həmkarı ilə iki dəfə telefon danışıqlarından sonra, erməni nazir daha da sərt ritorika sərgiləyir. Görünür, Sergey Lavrov bunu ona təşqviq edir. İşğalçı ölkənin xarici işlər naziri Z. Mnatsakanyan konkret olaraq tarazlaşdırılmış həll varinatından danışır. Bu həll varinatı əsasən , Qarabağa müstəqilliyin verilməsidir. Göründüyü kimi danışıqlar prosesində heç bir irəliləyiş yoxdur. Hətta erməni tərəfi masada olan həll variantlarını inkar edir. Prezidentin köməkçisi Hikmət Hacıyev də Ermənistanın danışıqları pozduğunu vurğuladı. Ermənistanda daxili siyasi vəziyyətin mürəkkəb olması, Moskvanın regional maraqları Yerevanın danışıqlardan yayınmaq kursu götürməsinə gətirib çıxarır”.
Politoloq onu da deyib ki, Ermənistan Araz çayı istiqamətində yeni yol salır, burada əkinçilyi inkişaf etdirir:
“Burada yeni kəndlər salır. Danışıqlarda Ermənistana təminat vermək lazım deyil. Onlar atəşkəsin qorunmasından istifadə edib, ərazilərimizdə möhkəmlənirlər. ATƏT -ın Misnk qrupuna gəldikdə isə, bu format özünü tükədib və formal xarakter daşıyır. Münaqişənin həlli yalnız Azərbaycanın siyasi iradəsini ortaya qoyub, işğalçıya güclü zərbələrdən aslıdır. Atəşkəsdən 26 il keçir və bu müddət ərzində ordumuzu gücləndirmişik, amma proseslərdə Ermənistanda Qarabağa nəzarəti tam əlində saxlayıb. Ermənistan bu imkanı verməmək lazımdır. Qeyd edim ki, Ermənistan Dilqəm və Şahbazı qaytarmırsa, heç vaxt danışıqlarla ərazi qaytarmayacaq”.
Anar