Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Əminə Ağazadə: "Rayonumuzun heç bir problemi, əhalinin heç bir müraciəti mənim diqqətimdən kənarda deyil"



Newscenter.az.25.07.2020. Son günlər ölkəmizdə yaranmış su problemi, regionlarda suvarma və içməli su çatışmamazlığı gündəmin ən aktual məsələsinə çevrilib. Ölkə Başçısının bu məsələ ilə əlaqədar keçirdiyi müşavirədə səsləndirilən fikirlər problemin nə qədər böyük olduğunu, kənd təsərrüfatına hansı həcmdə ziyan vurduğunu bir daha sübut edir.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Kürdəmir rayonundan Milli Məclisə deputat seçilmiş Əminə Ağazadə qeyd edib ki, qanunvericvi orqanda fəaliyyətimin ilk günlərdindən rayonun suvarma sularına olan təlabatının yaxşılaşdırılması, Kürdəmir şəhərinin kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə Nazirlər Kabinetinə, “Melorasiya və Su Təsərrüfatı” ASC-nin, “Azərsu” MMC-nin rəhbərliyinə, Milli Məclisin müvafiq komitələrinə məktublar yazıb:

"Bununla bağlı sizlərə məlumat vermişəm və mütamadi olaraq rayonumuzun müxtəlif kənd və qəsəbələrindən bu məsələ ilə bağlı operativ məlumat almağa çalışıram".

Əminə Ağazadə deyib ki, təqribən bir həftə əvvəl rayonun Pirili kəndindən bir qrup şəxs mənə müraciət edərək kəndin suvarma kanalı ilə bağlı problemi haqqında məlumat verib:

"Mən ilk növbədə yerli qurumlarla əlaqə saxladım, məsələnin detallarını öyrənməyə çalışdım. Kənd sakinlərinin müraciəti əsasında “Melorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyiniə məktub ünvanladım. Ümid edirik ki, müvafiq qurumlar məsələnin həlli istiqamətində üzərilərinə düşən vəzifələri yerinə yetirəcəklər. Bir daha qeyd etmək istəyirəm ki, rayonumuzun heç bir problemi, əhalinin heç bir müraciəti mənim diqqətimdən kənarda deyil və bu məsələlərin həllində mümkün olan bütün imkanlardan istifadə edəcəyəm".

NEWSCENTER.AZ
Xəbəri paylaş