Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belarusda prezident seçkiləri başa çatdı



Newscenter.az.9.08.2020. Belarusda bu gün keçirilən prezident seçkilərində səsvermələr başa çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bildirib.

Ölkə ərazisində 6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, sabiq deputat Anna Kanopatskayanın, “Belarus Sosial-Demokratik Qramada” Partiyasının sədri Sergey Çereçnyanın, “Düzünü danış” Birliyinin həmsədri Andrey Dimitriyevin və tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayanın ali dövlət postuna namizədliklərini qeydə alıb.

X X X

Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ölkədə bu gün keçirilən prezident seçkilərində qalib gəlib.

Bu barədə "MİR" telekanalı tərəfindən keçirilən "exit poll"un nəticələrində bildirilir.

Sorğunun nəticələrinə əsasən qeyd edilir ki, hazırkı dövlət başçısı seçicilərin 79,7 faizinin səslərini toplayıb. Onun rəqibi, tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya isə seçkilərdə 6,8 faiz səs yığa bilib.
Xəbəri paylaş