Sabirabadın icra başçısının müavinini avtomobil vurdu
Tarix: 9-08-2020, 22:42
Newscenter.az.9.08.2020. Sabirabadda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 22 radələrində Sabirabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Avtomobil Sabirabad rayon İcra Hakimiyyəti başçısının 2-ci müavini Vahid Həsənovu vurub. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.