Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha iki ölkə Belarusdakı seçkilərin nəticələrini tanımayıb



Newscenter.az.18.08.2020. Kanada və İrlandiya Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb.

“Report” xəbər verir ki, bu barədə iki ölkənin XİN başçılarının bəyanatlarında deyilir.

İrlandiyanın xarici işlər naziri Saymon Koveninin fikrincə, Belarusdakı seçkilərin nəticələri legitim deyil:

“Seçkiqabağı və sonrası hədə-qorxular və saxlanılmalar və iqtidarın bütün dünyada baş verən irimiqyaslı dinc etirazlara reaksiyası bunu sübuta yetirir”.

Kanadanın XİN başçısı Fransua-Filipp Şampan seçkilərin nəticələrini saxta olduğunu və azad və ədalətli səsvermə keçirməyə çağırıb. O, ATƏT-dən Belarusdakı seçkiləri araşdırmağı istəyib. Nazir bəyanatında nümayişçilərə qarşı tətbiq edilən “sərt tədbirləri” pisləyib.
Xəbəri paylaş