Newscenter.az.18.08.2020. 96 saylı Goranboy-Naftalan seçki dairəsindən parlamentə seçilmiş deputat Anar Məmmədov avqustun 18-də telefon bağlantısı vasitəsilə seçiciləri ilə əlaqə saxlayıb.
Newscenter.az Anar Məmmədovun deputat qərargahına istinadən xəbər verir ki, deputat 20-dən çox vətəndaşla telefon bağlantısı vasitəsilə əlaqə saxlayıb, müraciətlərini dinləyib.
Müraciətlər daha çox kəndlərdə su problemi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, hüquqi yardım və s. ilə bağlı oldb.
"Hər birinizi əmin etmək istəyirəm ki, bizə ünvanlamış olduğunuz müraciətlərin həlli istiqamətində addımlar atılır, səlahiyyətimiz çərçivəsində bəzi məsələlərin araşdırılması isə nəzarətə götürülür. Öncədən də bildirdiyim kimi, təmsil olunduğum seçki dairəsinə aid kəndlərin sakinləri ilə görüşlərimiz davam edəcək, seçicilərimizi narahat edən məsələlərin həlli üçün hər zaman əlimizdən gələni əsirgəməyəcəyik"
Anar.