Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məscid və ziyarətgahlarda kütləvi ibadətlərin təşkili zamanı virusa yoluxma hallarının artması ehtimalı daha çoxdur

Məscid və ziyarətgahlarda kütləvi ibadətlərin təşkili zamanı virusa yoluxma hallarının artması ehtimalı daha çoxdur


Newscenter.az.18.08.2020. Hər il Qurban, Ramazan bayramlarının, Məhərrəmlik ayının İslam dininin qaydalarına görə qeyd edilməsi ölkəmizdə dini etiqad azadlığının, mənəvi dəyərlərimizə bağlılığın nəticəsi olmaqla, inaclarımıza sadiqlik kimi də yaşadılır. Lakin reallıqdır ki, bütün sahələrdə problemlər yaradan, dini ayinlərin, mərasimlərin keçirilməsinə də təsir edən pandemiya şəraitində inanclar da dövrün tələblərinə uyğun həyata keçirilir. İnsanların qapalı məkanda kütləvi toplaşması ilə daha çox yoluxma hallarının baş verməməsi üçün yas mərasimlərinin daha az insanların iştirakı ilə keçirilməsi əhalinin sağlamlığı naminə tətbiq olunan məhdudiyyətlərdir. Bu cür profilaktik tədbirlərə yaxınlaşmaqda olan, İslam dininin müqəddəs tarixi günlərindən sayılan Məhərrəm ayında da əməl edilməlidir.

Pandemiya ilə əlaqədar məscid və ziyarətgahlarda kütləvi ibadətlərin təşkili zamanı virusa yoluxma hallarının artması ehtimalı daha çoxdur. Əlbəttə ki, sanitar-gigiyenik qaydalara əməl olunmasının vacibliyi, insanların sağlamlığının qorunması məqsədilə açıq və qapalı məkanlarda dini ayinlərin təşkili, kütləvi toplaşma yolverilməzdir. Hətta, pandemiya səbəbindən Həcc ziyarətinin təxirə salınması virusa yoluxma hallarının qarşısının alınması və insanlara diqqətin nümunəsidir. Bu səbəbdən də Məhərrəmlik ayının daha çox kütləvi şəkildə qeyd olunan Aşura günündə əvvəlki illərdən fərqli olaraq bəzi ayinlərin keçirilməsinə məhdudiyyətlər nəzərdə tutulur. Çünki, pandemiyaya görə təkcə Azərbaycanda deyil, bütün müsəlman ölkələrində həmin günün özünəməxsus ayinlərinin evlərdə təşkili daha məqsədəuyğun hesab edilir. Bütün bunlarla yanaşı Aşura mərasiminə uşaqların aparılması onların sağlamlığını təhlükə qarşısında qoyur. Çünki, həmin mərasimdə iştirak edən insanlardan kimsə infeksion xəstəliklərin daşıyıcısı ola bilər. Koronavirus, vərəm kimi təhlükəli xəstəliyin daşıyıcısı olan hər hansı bir şəxsin orada iştirakı onlarla başqa adamın potensial vərəm xəstəsi olmasına səbəb ola bilər. Hava-damcı yolu ilə yayılan bu xəstəliklər uşaqları daha tez yoluxdura bilir. Uşaqların orqanizmləri zəif və yenicə formalaşan olduğundan onlar təhlükəli və güclü viruslara daha tez yoluxurlar.

İslam dininin əsas qayəsi insanları birliyə, həmrəyliyə dəvət etmək, mərhəmət göstərmək, xeyirxah əməllərə çağırışdır. Bu mənada pandemiya dövründə Məhərrəm ayına xas inanclar fərqli yollarla yerinə yetiriləcək və Aşura günündə xəstələrə yardım məqsədilə Mərkəzi Qan Bankında qanvermə aksiyalarının keçirilməsi, xəstəlikdən əziyyət çəkənlərə həyat verilməsi Tanrı məqamında ən böyük savab, insanlıq, mərhəmətdir. Həmin gün kimsəsiz, aztəminatlı ailələrə yardım, valideyn himayəsindən məhrum uşaqlara nəvaziş göstərmək, uşaq evlərindəki körpələrə baş çəkmək insanlıq naminə edilən xeyirxahlıqdır.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş