Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəyə gələnlərin iki həftəlik izolyasiyaya cəlb olunmasına ehtiyac yoxdur



Newscenter.az.18.08.2020. "COVID-19" pandemiyası zamanı Azərbaycandan yerinə yetirilən reyslərin sərnişinlərindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda icbari qaydada testdən keçmək tələb olunur. Həmçinin digər ölkələrdən Azərbaycana uçuş zamanı koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmək lazımdır (yalnız “PCR”-testlər qəbul olunur). Rəsmi məlumata görə, koronavirus testinin keçirilməsini təstiq edən arayış reysin uçuşundan ən gec 48 saat əvvəl alınmalıdır. Buna görə də, icbari testdən keçməyən və uçuş hava limanında arayış təqdim etməyən sərnişinlər reysə buraxılmır. Eyni zamanda, COVID-19 əlamətləri olan sərnişinlər aerovağzal kompleksinin binasına buraxılmır. Həmçinin analizinin cavabı müsbət nəticələnən sərnişinlər reysə qəbul edilmir.

“Report” xatırladır ki, yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılır.

Eyni zamanda, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi. Bununla yanaşı, İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində PCR-testininin keçirilməsi barədə arayışı təqdim edə bilər.Bütün hallarda testin nəticəsi reysdən əvvəl 48 saat ərzində alınmalıdır.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev “Report”a bildirib ki, ölkəyə gələn vətəndaşların uçuşdan ən geci 48 saat əvvəl test verməsi vacibdir:

“Düşünürəm ki, ölkəmizə gələn vətəndaşlar hava limanında yenidən test verməlidirlər. Bu, həmin vətəndaşların virusa yoluxub-yoluxmamalarını dəqiqləşdirmək üçün vacib amillərdən biridir. Çünki vətəndaşlar ölkəmizə səfər etməzdən əvvəl olduqları ölkədə test verdikdən sonra COVID-19-a yoluxa bilər. Kimsə bundan sığortalanmayıb. Ona görə də Azərbaycana gələn şəxsin ölkəmizin hava limanında verdiyi testin nəticəsi neqativ çıxarsa, bu zaman onun iki həftəlik izolyasiyaya cəlb olunmasına ehtiyac yoxdur. Bununla yanaşı hava limanında verilən testin nəticələri çıxanadək həmin şəxslər izolyasiya olunmalıdırlar. Təbii ki, burada testlərin nəticələrinin etibarlılığı çox vacibdir, daha doğrusu tətbiq edilən və cavabı qısa müddətə çıxan testlərin nəticələrinin elmi olaraq doğruluq faizinə baxılmalıdır. Əgər bunlar çox aşağıdırsa, doğruluq faizi yüksək olan testlərdən istifadə vacibdir və hava limanında verilən testin nəticələri çıxanadək həmin şəxslər karantinə alınmalıdırlar”.
Xəbəri paylaş