Newscenter.az.25.08.2020. ABŞ-ın aparıcı aviaşirkəti - “Delta” növbəti 6 ayda kommersiya uçuşları ilə bağlı vəziyyətin yaxşılaşması ehtimalının olmadığını nəzərə alaraq, oktyabr ayında 1 941 pilotunu işdən çıxaracaq.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bunlardan 1 806 pilot könüllü təqaüdə yola salınacaq, digərləri isə uçuşların təxirə salınması ilə əlaqədar ixtisar ediləcək.
Bununla belə, “Delta” bəyan edib ki, Hava Yolları Pilotları Birliyi ilə pilotların məvaciblərinin azaldılması razılaşdırılsa, ixtisarlar təxirə salına bilər.
“6 aydır ki, bu böhranın içindəyik və itkilərimizin yalnız 25%-i qarşılanıb. Təəssüf ki, növbəti 6 ayda bu tendensiyanın dəyişməsini gözləmirik”,- şirkətin nümayəndəsi Con Lafter deyib.