Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Lotu Quli" niyə öldürüldü?



Newscenter.az.25.08.2020. Ümumiyyətlə, Rusiya-Sovet kriminal aləmi və onun liderləri, 3 dõvr arasında fərqli mahiyyət, xarakterlidirlər. 1920-ilə SSRI qurulanacan Çar Rusiyası, 1920 və 1990 arası sovetlər və 1990 SSRÌ dağılandan sonrakı dõvr. Çar dõvründəki mühit xeyli uzadar sõhbəti, ancaq, son iki dõvr, Sovet, MDB müqayisə üçün əhəmiyyətli olardı.

Sovetlər dõnəminin əsil,
saf Ideyalı kriminal aləmi.


Bu son iki dõvr kriminal aləminin ən əsas fərqi ondadır ki sovetlərdə bu mühit tam kriminallar və onların məxsusi ideyaları ilə idarə olunurdu. Əsas da, elit "qanuni oğru" təbəqəsindən tələb olunan qadağalarla: ticarətlə məşğulluq olmaz, hüquq-mühafizə orqanı, milisdə qohum qardaş olmaz, özünü də üstün "vor" gõstərmək, zonda belə, olmaz. Ìllərlə "vor zakon" olduğunu ailəsi, qohum-qonşu bilmirdi. Hətta evlənmək, mülkü, varı, da olmaz. Sadəlik, təvəzõkarlıq və sakitlik.

Və ən əsas, vacib də, hakimiyyət, hüquq orqanı ilə nəinki əlaqə, anlaşma, kontakt belə olmazdı. Bu hal "zapadlo" sayılırdı, yəni iyrəncli. Bunu bir azacıq sadə kontakt, sõhbət kimi edən ya ömür boyu murdarlanmış, ya da õlümlə cəzalı olurdu. Konkret: hökumət-orqanla adi kontakt-satqınlıq! O zaman heç, hakimiyyət və güc strukturlarının heç ehtiyacı da olmurdu bu kontakta, kriminala onun liderlərinə ümumən. Yalnız nadir hallarda onları bir güclə ələ alırdılar hansısa qətlinmi, ya bank ogurluğunun və s. üstünü açmaqdan ötrü.

80-ci illərin 2-ci yarısından (o zaman Moskvada məşhur "Petrovka, 38"-də çalışırdım-kriminalist ekspert mütəxəssis) sonra, Brejnevin õlümü və Qorbaçovun gəlişiylə kriminal aləmdəki hər şey dəyişdi. Çünki, dõvlət totalitar, amansız və sərt kimi zəiflədi, həm də kooperativ, assosiasiyalar kimi xüsusi sahibkarlıq başlandı. Və kriminallar o saat aktivləşib, reketlə bir çox ticarət, iqtisadi sferalarda təşəbbüsü ələ gõtürməyə başladılar.

Bu dõvr həm kriminal avtoritet, "vor zakon"ların vasitəsi ilə, türmə və zonalarda məhbus mühiti idarə etmək üçün istifadə olunurdu. Çünki artıq Qorbaçovun gəlişi ilə bir humanizm nümunələri başlanmış, məhbuslarla sərt rəftarın qadağası vardı. Kriminal avtoritet, bu idarəçiliyə yarayırdı.

Putin dõnəminin ticari,
inzibati-siyasi kriminal aləmi.


1990-dan SSRÌ-i dağılandan 2000-dək kriminal aləmin inzibati, sonrakı dõvrdə isə, hətta siyasi sahələrdə də təsir qüvvəli müdaxiləsi baş verdi. Niyə oldu bunlar, dõvlət gücsüzləşdi kriminallar gücləndimi yalnız? Xeyr, həm də, dõvlət gücsüz olub, kriminaldan yaralandı və həm, çulğalaşdı!

90-cı illərdə Putin Peterburqda merin kõməkçisi işləyən vaxtlar məmurlar, xüsusi xidmət orqanı, KQB, QRU, Milis artıq 80-lərdəki, varlanıb əl-qol açıb mütəşəkkilləşmiş "Tambov", "Orexov" və s. güclü kriminal qruplaşmalarla birləşib də õlkəni sõküb, satıb talayırdılar. Artıq, õlkə-Rusiyada və hətta xaricdə, Avropada KQB və QRU-nun xarici kəşfiyyat bõlümünün kriminal liderlərlə şərik bir xeyli şirkətləri vardı, həm işləyib gəlir gətirən və həm də ki, talanla ucuz qiymətə xaricə çıxarılan Rusiya xammalını milyardlarla reailzasiya edən.

Əsas da bu, milyonlarla ton neft, polietilen və s. su qiymətinə rəsmiləşdirilən xammal Peterburq limanı, Putinin "çalışdığı" şəhərdən gõndərilirdi!Demək, bütün Rusiyanın xammalı Peterburqun limanından çıxır və gəmi, malların hamısına da meriyada lisenziya verən şõbənin müdiri Putin! Əcəba, sən KQB podpolkovnik iş-güc, xidmətini buraxıb nə gəzirsən lisenziya şõbəsi alverində? Yaxın Tambovda da Rusiyanın ən sərt kriminal qruplaşması gəlib liman zonasına nəzarət edir, Putinlə(KQB) əlbir bütün õlkə ixracını fırladırlar! Zəif Yeltsin: Putin(KQB)+krim.aləm=milyardlar!

2000-ci il, Putinin hakimiyyətə gəldiyi andan isə Rusiyada kriminal qruplaşmalar, avtoritetlərdən artıq, õlkə idarəçiliyində də istifadə olunur. Õlkə ictimai-siyasi həyatına soxulur kriminal. Narazı, müxalif insanları hakimiyyətə tabeçilik üçün hər tərəfdən qorxudub səsini kəsirdilər. Prokuror, ya milis sıxıb qorxudanda insan şikayət edə bilir ki bu vəzifəli kimdir, harada işləyir. Kriminal qrupu isə bilinmir, görünmür və istədiyi vaxt və yerdən zərbə vurur. Koronavirus kimi. Nə edəsən? Bax, belə! Hətta bu gün də Rusiyada hakimiyyətin ən yaxın kõməkçiləri kriminal avtoritetlərdir, FTX-in kurasiyası ilə. Və Kremldə, hakimiyyət içində də kriminal keçmişli yüksək vəzifəlilər heç az deyil. Yəni ki, Rusiyadakı kriminal sfera ticarətə, pula, hüquq-mühafizə orqanlarına qaynayıb qarışmış.

Kreml, FTX (FSB) baxışı.. və
azərbaycanlı kriminal liderlər..


Bu təhlildən sonra, gələk indi də, bizim kriminal avtoritetlərə və onların sadə gõrūnən qətllərinə.

Dərhal qeyd edim ki, bizim kriminal avtoritetlər, Sabirabad Hikməti Rõvşən Lənkəranski, yaxud, Rõvşəni Lotu Quli, ya da kimisə kim õldürtürdü, yaxud təşkil etdi sõhbətlər, bunların hamısı əsil sifarişçini õrtmək və həm də iz itirmək üçündür. Əslən, sifarişlərin kõkü isə, Rusiyadakı kriminal sferaya nəzarət və onları kurasiya edən, xüsusi xidmət orqanlarıdır. Səbəb nədir, bizim kriminal lider, avtoritetləri uzaqda da olsa, yox etməkdə?

Fikir vermisizmi, 2005-2006-dan sonra Hikməti Sabirabadlını, "Ağbaşı" Rusiyada "yox" edəndən sonra bizim kriminal liderlər Rusiyada qalmırlar, başqa õlkələr, əsas da, Türkiyədə qərar tuturlar? Halbuki onların əsas işi-gücü, nəzarət sahəsi və elə, fəaliyət "vətəni" də Rusiyadır. Niyə? Burada məsələ siyasidir. Rusiya siyasi hakimiyyəti õlkə içindəki azərbaycanlılalrın eləcə də, bu mənşəli kriminal qruplaşmalar, bazarlar və bazarlardakı çoxsaylı ticarət adamlarının oradakı mütəşəkkil birliyini, vahid qüvvə olmasını istəmir, etibarsız!

Çünki azərbaycanlılar Rusiydakı türk xalqları ilə eyni mənşəlidirlər, hansı ki, Rusiyanı parçalama mənbəyidir. Və Rusiyanın 1 n-li təhlükəsi-qonşu Türkiyəyə mənşəcə yaxındırlar. Rusiyanın əslən MDB-də ən az etibar edib və şübhə ilə çəkindiyi, güclənib, toparlanmasını istəmədiyi, elə, bizim Azərbaycandır. Eyni münasibətdir Azərbaycana da, bizim, Rusiyadakı diaspora, kriminal, ticarət toplumuna da: birlik, toparlıq, güclənmə olmaz!

Azərbaycanlı kriminal
liderlərin Türkiyə kõçü..


Kremlə Rusiyada azərbaycanlı kriminal lider, ya "vor zakon" avtoritet lazım deyil, ki oradakı xeyli saylı azərbaycanlılar başsız və qeyri-mütəşəkkil dağınıq qalsın. Olsa da, elə bir sındırılmış birisi, azərbaycanlı olsun ki, FTX-nın bütün tapşırıqlar və planlarını yerinə yetirib oradakı azərbaycanlı kriminal sferanı və ticarətçiləri ələ yatımlı, milli hiss-mənafe baxımından deqradasiya etsin. O, diaspor sədri vardı, Moskvada, qızını erməniyə verən, təxminən o tipdə birisi. Təbii ki, Kremldə hazırlanan bu siyasi mənşəli şərtlərlə bizim də kriminal liderlərin razılaşması mümkün deyil və razılaşsa belə, bizim kriminal qruplar onu qəbul etməz və dərhal tam məhv edərlər, elə oradaca.

Bu səbəbdən bizim kriminal liderlər, əsasən də Kreml, FTX 2010-vu ildən (Azərbaycan-Türkiyə arası hərbi sazişdən) sonra orada azərbaycanlı kriminal və ticarətçilər sferasını (elə, o vaxtdan Moskvanın da Azərbaycanı) bərk sıxışdırandan sonra Türkiyəyə köç etdilər. Türkiyə də, üzdə də olmasa, dərində onları qəbul etdi, həm, Türkiyə içində pozuntu etməmə şərti ilə, yəqin ki. Həm də onların Türkiyədə oturub, Rusiyadakı, bõyük bir kriminal və ticari toplumu təsirində saxlama imkanlı olmaları Türkiyə dərin dõvlətinə də sərf etməmiş olmazdı! Türkiyə bir gün belə qoymaz yad vor-avtoriteti Türkiyə-türk dünyasına uyğun olmasa, sərbət, oturub mərkəz yaratsın. Bax ki, Rõvşən də, Quli də Türkiyədə "bozqurd" oldular!

Bəli, bu hal Moskvanı, FTX-nı daha narahat etdi və daha xeyli qəzəbli: indi Rusiyadakı bõyük bir azərbaycanlı mənşəli kriminal və işgüzar, ticari mühiti-toplumu təsir, nəzarətdə saxlayan lider- kriminal avtoritetlər bu işi tam Türkiyədən edir! Õzü də ki, 1 n-li düşmən olan, Türkiyədən. Allah bilir, sığındıqları milli qardaşı Türkiyənin xüsusi xidməti, kəşfiyyat orqanları onlara nələri sifariş edirlər, Rusiyada icra üçün?! Bu, ikiqat təhlükəli. Və Rusiyada onlara yığılan pullar da xaricə axır!

Təbii ki, Rusiya, onun FTX (KQB)-sı və kəşfiyyat sistemi nəyin bahasına olursa-olsun, həmin bu, Türkiyəyə sığnan azərbaycanlı kriminal liderləri zərərsizləşdirməli idi! Bunun üçün isə, ən yaxşı üsul, qətlin azərbaycanlı vasitəsi ilə edilməsidir. Həm, eyni millətdən olan avtoritetə yol tapmaq, yaxın olmaq, həm də: õz azərbaycanlıları sifariş verdi-iz itirməsi üçün. Həm bunlar bir-birini qırır deyə, azərbaycanlıları parçalama siyasəti üçün!

"Lotu Quli"

Bu ara (mənim bu iki gündə araşdırmama gõrə) Lotu Qulinin (Nadir Səlifov) õzündə də nəsə bir depressiv ruh düşkünlüklü psixoloji apatiya var və ümumi həyata, hər şeyə, hətta õz "vor zakon" statusuna biganəlik yaranıb. Və mütləq daxilən təlatümlü, paranoyya simptomlu. Quli son dõvr elə bil ki, həmin Quli olmayıb, çox içib. Dostları və hətta mühafizəni inamsız bilib kənarlaşdırıb.

Olsun ki illərin gərgin yaşamı, daimi müharibəli və təhlükə gõzləntili durum, ondakı təfəkkürün müvəqqəti çõküşü, enerjinin bitimi və ruhun da, bədən tərkini təmin edib. Belə bir haldakı insan bütün addımlarını yanlış, tərsinə, õzünə ziyanlı, õxünüməhv istiqamətdə atır. Elə bilir, tutalım ki, ən yaxşı variant budur, ən pisini seçir. O cür də, yaxşı dostları qoyub, bu Xandır nədir, onu seçib. Təsəvvür edirsizmi, insan õzü, õz qatilini seçib!

"Xõtək Xan"

28 yaşlı gənc enerjili Xan, 48 yaşlı õzünü, yəqin ki, xeyirxah insan olaraq dost, tanış və nə qədər insana qeyri-rasional xərcləyib, yorulmuş liderə Quliyə xidmətçi, kõməkçi və sonradan, sanki bir dost (əslində kənardan bu yaxınlıq belə gõrüntü verib) kimi lazım olub. Xan isə, fiziki və psixoloji mõhkən, daxilən murdar, uca birisininsə qılīğına girib, inad və təmkinlə onun aftafasını daşımaq anından, ta ki, onu aşırıb yerinə keçənəcən gizli, məkrli və təhlükəli karyeristdir. Və bu tiplərin də ən güclü silahı, onlardakı şəxsiyyətin ikiləşməsi psixoloji patalogiyasıdır! Bu, ikiüzlülük deyil. Ìki üzlü insan, eyni şəxsiyyətin iki üzüdür, tez ayırd oluna bilir, çünki şəxsiyyət birdir və o açır qoyur.

Íkiüzlü bicdir, qorxaqdır. Ìkili şəxsiyyətli dərində xəstədir, amma amansız, hədəfli. Çox təhlükəli. Şəxsiyyəti ikiləşəni illərlə ayırd etmək mümkün olmur. Elə bil, iki tamamilə əks: xeyirxah və şər, ziyan-fəlakətli şəxsiyyət, eyni bədəndə yerləşib. Belə karyeristlər çox vaxt vəzifələrə dürtülür, õz şefinə xidmətçi kimi gəlir və yüksək qulluq edir. Onu bu qulluğa õyrəşdirib, õzündən asılı edir və günün birində imkan düşəndə ona õz zərbəsini vurub yerinə keçir, satma, çuğullamaq metodla.

Və zərbəni vuran karyerist, işini bitirib, boşalan an adətən deyir ki, bu məni bezdirib bu neçə il! Niyə, nə edib, yanına gətirib qayğı edib sıfırdan ucaldıb axı səni? Cavab tapmır, çünki, bezdirən onun illərlə məkrli dòzümü olub, fürsət gününü gõzləmək arzu-istirabları! Və ən dəhşətlisi odur ki, belə psixi karyeristlər, şeflərini aşırdìb yerinə keçdikdən sonra da, əl çəkmirlər. Gərək mənəvi fiziki əzib, onu infarkta, insulta salıb, tam bitirib ólümùnù gõrsünlər, dəfnində iştirak etsinlər. Bu psixoloji haldır: xidmətçi günlərin izi-tozu itsin!

Belə yırtıcı-dağıdıcı, ifritə tipli ikili şəxsiyyətlilər oğlan ya qız olmaqla sevgi, evlilik adilə ailələrə girib bir neçə ilə məhv bədbəxt edirlər, ya da ki, güclü dələduz olurlar, insanların malı, mülkünü inandırıb, mənimsəyib müflis və məhv etməklə. Bu Xan da qara enerjili vampirdir, hədəfə aldığı, gəzib-dolaşdığı insanın işıqlı enerjisini çəkərək çõkdürüb məhv edən. Yaxınlarından soruşulsa, Xanı yanına gətirəndən, Qulinin enişi başlayıb!

"Xan"a sifariş və qətl..

Xan bax belə bir karyeristdi kriminalda Qulinin yerini tutmaq üçün. Buna da o ürək etməzdi ki, Qulinu belə cürətlə güllələsin. Belə psixopatlar adətən şeflərini tədricən qara enerjiləri ilə tam emosional çõkdürüb, xəstə ya, qəzaya saldırb, bədbəxt edirlər. Bu cəsarəti ona, xüsusi planla məhz, Rusiyadan gõndəriblər, onun bu xassəsi və planı, məqsədini bilib. Yəqin ki, Xana pul da, Rusiyada kriminal sferadakı çox bõyük mõvqe, Türkiyədəki mühakiməsinə hüquqi müdafiə də söz verilib. Ona gõrə də qətldən az õncə Qulini arxadan və õzünū də telefonla çəkir ki hesabat kimi gõndərmək üçün, baxın, bu odur gedir, bu da mənəm, heç xəbəri də yox, bunu bitirəcəm!

Və bu qatil yəqin hər şeyi hesablayıb: gəncdir, bir 15 il yatar, çıxar tanınmış avtoritet kimi, və Rusiyanı da və onun kriminal aləmini də gedib qayıdıb "fəth" edər. Ən üst karyeradır, bu buna!

Dünyada istənilən sahədə, biznes, idman, elm və s. irəli zirvəyə çıxdınsa, tanınırsan, tanındın, siyasətin diqqətinə keçdin, keçdinsə siyasətin qurbanı ola bilirsən. Kriminal zirvəsi də eynən!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş