Mebel mağazasından 3 min manatlıq oğurluq edildi
Tarix: 25-08-2020, 12:11
Newscenter.az.25.08.2020. Sumqayıtda mebel mağazasında oğurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mebel mağazalarının birindən 2 700 manat, bir dəmir qapı sexindən isə 400 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini H.Nurəliyev saxlanılıb.