Newscenter.az.25.08.2020. Rusiya müdafiə naziri Sergey Şoyqu “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda işgüzar səfərdədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, rusiyalı nazir Azərbaycanın müdafiə naziri Zakir Həsənov, habelə Prezident İlham Əliyev tərəfindən qəbul olunacaq.
Qeyd edək ki, sayca altıncı dəfədir keçirilən “Dəniz kuboku” müsabiqəsində Azərbaycan dördüncü dəfədir iştirak edir.